ABŞ-da "Google" şirkətinin keçmiş əməkdaşı şirkəti qaradərili işçilərə qarşı irqi ayrı-seçkilikdə ittiham edərək,onu məhkəməyə verib.
Teleqraf.com-un məlumatına görə, iddiaya əsasən, "Google" qaradərili işçiləri aşağı ixtisaslı işlərə göndərməklə ağdərili kişilərə üstünlük verir. Bildirilib ki, şirkətin qaradərili əməkdaşları düşmən iş mühiti ilə də üzləşiblər.
Şirkət agentliyin iddialarla bağlı şərh vermək xahişinə cavab verməyib.