Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutub.
Teleqraf.com-un məlumatına görə, iki lider arasında görüş NATO-nun qərargahında Alyansa üzv ölkələrin liderlərinin fövqəladə zirvə toplantısı çərçivəsində baş tutub.
Danışıqlar Şimali Atlantika Alyansının qərargahında mətbuata qapalı formatda keçirilib və 50 dəqiqə davam edib.