26 Mart 2022 08:00
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya aparılan danışıqların şərtləri ədalətli olmalıdır, Ukrayna xalqı başqalarını qəbul etməyəcək”.

Teleqraf.com-un xəbərinə görə bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

Prezident xatırladıb ki, bu müharibədə Rusiyanın itkilərinin sayı artıq yüksək rütbəli komandirlər də daxil olmaqla 16 min nəfəri keçib.

“Hələlik öldürülən Rusiya ordusunun general-polkovniki və ya admiralları ilə bağlı heç bir məruzə edilməyib. Amma artıq korpus komandiri və Qara Dəniz Donanması komandirinin müavini var. Biz danışmalıyıq. Mənalı danışmalıyıq. Təcili. Vicdanla. Həm də nəticə naminə, vaxt itirmək üçün deyil. Artıq Rusiya ordusunun 16 mindən çox hərbçisi həlak olub. Nə üçün? Bu kimə nə verir?”, - Ukrayna dövlət başçısı bildirib.

O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda, Donbassda, Xarkov istiqamətində, Kiyev vilayətində hücumlara qarşı mübarizəni davam etdirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər