26 Mart 2022 17:39
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xersonda Rusiya işğalçıları azərbaycanlıları və Axısqa türklərini zorla deportasiya etməyə hazırlaşır. Onları Krıma köçürmək niyyətindədirlər".

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk brifinqdə söyləyib.

“Əldə olan məlumata görə, işğalçılar nümayiş aksiyası planlaşdırıblar. Onlar Xersondan etnik erməniləri, azərbaycanlıları və Axısqa türklərini zorla Ukraynanın işğal olunmuş Krım yarımadasına sürgün etməyə hazırlaşırlar”.

Kiyev rəsmisinin sözlərinə görə, bu addımlar cinayətdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər