İsveç kəşfiyyat təyyarəsi Polşanın Ukrayna və Belarusla sərhədi boyunca kəşfiyyat uçuşu aparıb.
Teleqraf.com xəbər verir ki, İsveç Krallığı Silahlı Qüvvələri və Radio Kəşfiyyat Xidməti məlumatı təsdiqləyib.
“Expressen” nəşrinin məlumatına görə, hərbi təyyarə Stokholmdan 173 km aralıda yerləşən Linköpinq şəhərindən təxminən saat 08.00-da (Bakı vaxtı ilə 11:00) havaya qalxıb. Daha sonra Polşanın Belarus və Ukrayna ilə şərq sərhədi boyunca uçub.
Silahlı Qüvvələrin mətbuat xidmətinin nümayəndəsi Filip Saymonun sözlərinə görə, bütün prosess aidiyyəti ölkələrlə razılaşdırılıb.