27 Mart 2022 08:02
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden hesab edir ki, Avropa Rusiya enerjisindən asılılığına son qoymalıdır.

Teleqraf.com-un məlumatına görə, Polşaya səfəri çərçivəsində Varşavada Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxış edən Amerika lideri "Avropanın qalan hissəsinə siqnal" göndərmək istədiyini bildirib.

"Azadlıq uğrunda bu yeni döyüş artıq bəzi şeyləri aydın şəkildə göstərdi. Birincisi: Avropa Rusiyanın qalıq yanacaqlarından asılılığına son qoymalıdır", - deyə J.Bayden qeyd edib. "Biz, ABŞ olaraq, kömək edəcəyik", - deyə Amerika administrasiyasının rəhbəri söz verib.

Onun sözlərinə görə, uzunmüddətli perspektivdə bütün ölkələr təmiz, bərpa olunan enerji mənbələrinin geniş miqyaslı istifadəsinə mümkün qədər tez keçməli olacaqlar:

"Və bunu həyata keçirmək üçün birlikdə çalışacağıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər