29 Mart 2022 16:09
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölkədən qaçan milyonlarla insan məcburi səyahətlərində təhlükəli şərtlərlə üzləşdikcə insan alveri ilə bağlı xəbərdarlıqlar gəlməkdə davam edir. Ölkəsində qalanlar üçün vəziyyət daha qorxuludur. Ukraynalı deputat Mariya Mezentseva Rusiya işğalı zamanı qadınların zorakılığa məruz qaldığını söyləyib.

Teleqraf.com xəbər verir ki, deputat qurbanın ifadəsinin baş verənlərin dəhşətli miqyasını bir daha ortaya qoyduğunu bildirib.

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə ən çox zərər çəkənlər qadınlar, qocalar və uşaqlar olub.

Mariya Mezentseva rus əsgərlərinin işğal zamanı pis rəftar və zorlama hallarını izah edərkən, zorlama faktı ilə bağlı ilk dəfə istintaqın açıldığı bildirilib.

Ukraynalı siyasətçi ərinin rus əsgərləri tərəfindən güllələnməsindən sonra ukraynalı qadının uşaqlarının gözü qarşısında zorlandığını deyib. O, sərxoş rus əsgərlərinin evə basqın etdiklərini, əvvəlcə evdə olan kişini öldürdüklərini, daha sonra isə uşaqlarının gözü qarşısında qadına təcavüz etdiyini bildirib.

Ukraynanın baş prokuroru İrina Venediktova hadisədən sonra istintaqa başlanıldığını və bunun işğaldan sonra ilk rəsmi zorlama kimi qeydə alındığını açıqlayıb.

Venediktova Kiyevin şərqindəki Brovarıda iki əsgərin qadına hücum etdiyini açıqlayıb və hücum edənlərdən birinin şəxsiyyətinin müəyyən edildiyini, digərinin isə axtarıldığını bildirib. Baş prokuror həmçinin əsgərlərin qadına təcavüz etdiyini və uşaqlarını silahla hədələdiyini açıqlayıb.

Son insident Rusiyanın Ukraynanı işğal etməyə başladığı fevralın 24-dən sonra edilən bir sıra zorlama iddialarının sonuncusudur.

Ukraynalı deputat Mezentseva deyib ki, ölkəsi zorlama hallarına səssiz qalmayacaq və o, qadının uşağının bu qədər üzücü bir şey gördükdən sonra travmadan necə xilas olacağına təəssüflənir.

“Sky News”ə danışan Mezentseva deyib: “Son vaxtlar çox müzakirə olunan bir iş var. Kiyev yaxınlığındakı kiçik şəhərdə mülki vətəndaş öz evində güllələnib. Bağışlayın, amma deməliyəm ki, o, azyaşlı uşağının gözü qarşısında bir neçə dəfə təcavüzə məruz qalıb”.

İstintaqın davam etdiyini bildirən Mezentseva bu işdən daha çox qurban olduğuna əmindir.

Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri olan deputat deyib ki, cinsi zorakılıq hücumlarının təfərrüatları baş verən kimi bildirilməlidir: "Çünki “ədalət zəfər çalmalıdır".


Müəllif: Nemət

Oxşar xəbərlər