30 Mart 2022 12:16
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanı daha ​​öldürücü silahlarla təmin etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, bu barədə hökumət üzvlərinə Conson özü məlumat verib. Eyni zamanda, Nazirlər Kabinetinin rəhbəri Londonun Kiyevə hansı silah növlərini verə biləcəyini dəqiqləşdirməyib.

Qəzetin müdafiə dairələrindəki mənbəsi bildirib ki, Ukraynanın ağır artilleriya da daxil olmaqla uzaqmənzilli dağıdıcı atəş gücünə ehtiyacı var. Variantlardan biri kimi AS-90 Vickers özüyeriyən qurğusu göstərilir, lakin mənbə artıq onun köhnəldiyini bildirib.

“Daha iri sistemlərin” çatdırılması Ukrayna hərbçilərinin qonşu ölkələrdə təlim keçməsini tələb edə bilər.

Materialda göstərildiyi kimi, Britaniya hökuməti eyni zamanda vəziyyətin gərginləşməsindən ehtiyat edir.


Müəllif: Səxavət