31 Mart 2022 08:18
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ticarət Nazirliyi Rusiyaya qarşı ölkənin ixrac nəzarətini pozanların siyahısına daha 73 təyyarə əlavə edib.

Teleqraf.com xəbər verir ki, agentlik, həmçinin tərəfdaş ölkələrdə sahiblərinə qaytarılmasına icazə verilən 12 təyyarəni siyahıdan çıxarıb.

Bundan əvvəl ABŞ Ticarət Departamenti 33-ü “Aeroflot”a, digəri isə iş adamı Roman Abramoviçə məxsus olan 100 təyyarəyə uçuş qadağası elan edib.

Abramoviç və "Aeroflot"un təyyarələri ilə yanaşı, "AirBridgeCargo" yük şirkətinin təyyarələri, "Aviastar-TU" daşıyıcısı, "Azur Air", "Nordwind" və "Utair" də məhdudiyyətlərə məruz qalıb. Bu təyyarələri xüsusi icazə olmadan idarə etmək həbs və cərimələrlə nəticələnə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər