31 Mart 2022 11:14
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbçiləri Ukrayna səmasında təsadüfən təyyarələrindən birini vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə elektron kəşfiyyatın aparılmasına, hökumət və hərbi qurumların informasiyalarının mühafizəsinin təmin edilməsinə cavabdeh olan İngiltərə məxfi xidmətinin rəhbəri Ceremi Flemminq bildirib.

“Biz rus hərbçilərinin əmrləri yerinə yetirməkdən boyun qaçırdıqlarını, öz texnikalarını məhv etdiklərini, hətta təsadüfən öz təyyarələrini vurduqlarını görmüşük”, - Fleminq deyib.

Onun sözlərinə görə, hazırda Rusiya əlavə qüvvələrini qarşıdurmanın olduğu ərazilərdə yerləşdirməyi və sayı artırmaq üçün əməliyyatlara yeni döyüşçülər cəlb etməyi düşünür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər