Donbasda Ukrayna Silahlı Qüvvələri dünən düşmən texnikasının böyük konsentrasiyasını və kadırovçuların qərargahını atəşə tutub.
Teleqraf.com xəbər verir ki, bunu Luqansk Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday deyib.
Ukrayna ordusunun nəaliyyətlərindən danışan Qayday bildirib ki, şərq bölgələrində ukraynalı döyüşçülər düşmənə mükəmməl şəkildə cavab atəşi açır.
Dünən Ukrayna ordusu Donbasda böyük texnika konsentrasiyasını və kadırovçuların qərargahını artilleriya ilə vurub.
Luqanskın rəhbəri həmçinin bildirib ki, işğalçılar hazırda Ukraynanın şərq vilayətlərinə açıq şəkildə texnika ötürürlərr, yerdəyişmə davam edərkən, ruslar dinc yaşayış məntəqələrini daha fəal şəkildə atəşə tuturlar: “Donbasda aviasiya, artilleriya və minaatanlar işləyir, ağır kalibrlərdən istifadə olunur. Yaşayış məntəqələri atəşə tutulur”.
Xatırladaq ki, bundan əvvəl Donbasda intensiv döyüşlər barədə Ukrayna Quru Qoşunlarının “Şərq” əməliyyat-taktiki komandanlığı da məlumat verib.
Martın 30-da qrupun cavabdehlik zonasında 200-ə qədər rəqib və qırxdan çox texnika məhv edilib.