31 Mart 2022 15:07
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının üzvü, xalq deputatı Olqa Stefanişinanın ərini Çerinqovda ruslar tərəfindən öldürülüb.

Teleqraf.com xəbər verir ki, deputatın əri insanları rus ordusundan xilas etməyə çalışarkən həlak olub.

Məlumatı deputat Olqa Stefanişinan təsdiqləyib.

“Sevimli ərim Boqdan martın 30-da Çerniqov yaxınlığında insanları xilas etməyə çalışarkən rusların atdığı mərmidən həyatını itirib. Mən uşaqlarımızla əlaqə saxlamağa çalışıram. Hazırda əlaqə yoxdur. Çox ağırdır”,- Səs Partiyasının 38 yaşlı deputatı Stefanişinan Feysbuk səhifəsində yazıb.


Müəllif: Nemət