31 Mart 2022 16:11
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz Ukraynanın təhlükəsizliyinə zəmanət vermək baxımından qarant ölkələrdən biri ola bilərik, buna prinsip kimi baxırıq, amma təbii ki, təfərrüatlara aydınlıq gətirilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Rusiya liderinin Ukraynanın Avropa Birliyinə üzvlüyünə etiraz etmədiyini bildirib:

“Ukrayna xüsusilə NATO-ya üzvlüklə bağlı çox israrlı mövqe nümayiş etdirmir. Əslində Ukraynanın Avropa Birliyi məsələsində də çox israrlı olacağını düşünmürəm. Çünki bu prosesdə bəziləri istisna olmaqla, Avropa Birliyinə üzv dövlətlər buna ciddi yanaşmırlar. Bütün bunlara baxmayaraq, cənab Putinin Ukraynanın Avropa Birliyinə üzv olmasına müsbət münasibətini öyrəndim və eşitdim.

Təbii ki, bu görüşlər zamanı yekun vəziyyəti öyrənəcəyik. Onunla görüşüm zamanı ondan bunu eşitmək bizə bu istiqamətdə atılacaq addımları daha düzgün qiymətləndirmək imkanı verəcək. Bilirsiniz, 1963-cü ildən bəri Avropa Birliyi bizə nələr etdi? Baş qatmağa davam edir, hələ də bunu edir. Biz Ukraynanın təhlükəsizliyinə zəmanət vermək baxımından qarant ölkələrdən biri ola bilərik, buna prinsip kimi baxırıq, amma təbii ki, bunun təfərrüatlarına aydınlıq gətirilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər