Finlandiya prezidenti Sauli Niynistye gözlənilmədən ölkəsinin NATO hərbi blokuna qoşulmasının əleyhinə çıxıb. O, bildirib ki, ölkəsinin Şimali Atlantika Alyansına daxil olması yaxın qonşu dövlət olan Rusiya ilə münasibətləri pisləşdirə bilər.
Teleqraf.com-un məlumatına görə, prezident müvafiq fikirləri “Washington Post”a müsahibəsində səsləndirib:
"Tamamilə aydın görünür ki, əgər Finlandiya NATO-ya daxil olacaqsa, onda bu, şübhəsiz, bizim Rusiya ilə münasibətlərimizə zərər verəcək.
Siz nəzərə almalısınız ki, bu ölkə ilə 1300 kilometrlik sərhədimiz var. Uzun bir sərhəd xəttidir və siz onun bağlı saxlaya bilməyəcəksiniz. Əksinə, bu, "canlı” sərhəddir".
Nail Cəlil