17 Aprel 2022 14:43
2 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqton Post” qəzeti Ukrayna Prezidenti Volodimir Zelenskinin amerikalı həmkarı Co Baydendən Rusiyanın “Terrorizmi dəstəkləyən ölkələr” siyahısına daxil edilməsini xahiş etdiyini yazıb.

Teleqraf.com xəbər verir ki, hazırda ABŞ-ın siyahısında 4 ölkə var: Kuba, İran, Suriya və Şimali Koreya.

Qəzetin məlumatına görə, Zelenskinin istəyi iki lider arasında son telefon danışığı zamanı gündəmə gəlib.

Nəşr bildirib ki, Co Bayden bu məsələdə qəti öhdəlik götürməkdən çəkinib.

Zelenskinin Baydendən tələb etdiyi addım ABŞ-ın əlində olan “ən güclü sanksiya silahı” kimi tanınır. Siyahıdakı ölkələrlə ticarət edən ölkələr də sərt sanksiyalarla üzləşə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu