Honkonq polisi keçirilən etiraz aksiyaların liderləri Çoşua Vonq və Lester Şumu həbs ediblər.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, Vonq və Şum Monq-Konq rayonunda saxlanılıb. Bundan əlavə təhlükəsizlik qüvvələri ümumilikdə 116 nəfərin həbs olunduğu ilə bağlı məlumat yayıblar.
Rəsmilər etirazçılara qarşı 7 min polisin səfərbər olunduğunu qeyd edirlər. Yayılan məlumatlara görə, təhlükəsizlik əməkdaşları bölgədə qurulan barrikadaların dağıdılmasına başlayıblar.
Qeyd edək ki, 80 min nəfərin iştirakı ilə sentyabrın 26-da başlanan nümayişlər zamanı etirazçılar yerli hakimiyyətə seçkilər zamanı müstəqillik tələbini irəli sürüblər.
Samir