1 May 2022 18:30
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna arasında müharibənin davam etdiyi vaxtda İngiltərə mətbuatı diqqəti çəkən iddia ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, ingilis nəşrləri Kremldəki mənbəyə istinadən Rusiya lideri Vladimir Putinin xərçəng müalicəsi çərçivəsində əməliyyat olunacağını yazıblar.

Mənbənin adı təhlükəsizlik səbəbindən gizli saxlanılsa da, Putinin bu prosesdə kreslosunu təhvil verəcəyi də bildirilib.

İddiaya görə, Putin əməliyyatda olarkən kreslosunu 2008-ci ildən Rusiya Təhlükəsizlik Şurasına rəhbərlik edən Nikolay Patruşevə verməyi düşünür.

Patruşev Kreml bürokratiyasının ən güclü fiqurlarından biri kimi tanınır.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya elitası Qərblə əlaqələri bərpa edə biləcək yeni lideri axtarışına başlayacaq, həmin şəxs Putini əvəz etməlidir. İngilis mətbuatı Patruşevin Putini əvəzləyəcəyi düşünülən 4 şəxsdən biri olduğunu yazıb.

Kreml mənbələri bildirib ki, Putin mayın 9-dan əvvəl əməliyyat olunmayacaq. Çünki Rusiya lideri mayın 9-na kimi Ukraynanın şərq bölgəsində zəfər qazanmaq və bunu Qələbə Günü kimi qeyd olunan 9 Mayda Rusiya xalqına elan etmək istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu