Rusiyada “Qazprom”la əlaqəli olan ən önəmli fiqurlardan daha biri şübhəli şəkildə ölüb.
Teleqraf.com xəbər verir ki, Soçidə “Qazprom”a məxsus “Krasyana Polyana” xizək kurortunun rəhbəri Andrey Krukovskinin uçurumdan yıxılaraq vəfat etdiyi açıqlanıb.
Rusiya mətbuatı Krukovskinin qədim “Axips” qalasına gedərkən bədbəxt hadisə ilə üzləşdiyini yazıb. Bildirilib ki, 37 yaşında vəfat edən Krukovski Rusiyada iri şirkətlərdə rəhbər vəzifələr tutub və 2012-ci ildə Soçidə “Qazprom”un obyektinə rəhbər təyin edilib.
“Qazprom” şirkəti ilə əlaqəsi olduğu güman edilən 6 rusiyalı oliqarxın son 3 ayda şübhəli şəkildə ölümü müzakirə mövzusuna çevrilib. Qərb mediası bu şəxslərin qəsdən öldürüldüyünü iddia edir.