4 May 2022 22:18
1 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində Vyanada keçirilən üçüncü toplantıda konkret irəliləyiş üçün atıla biləcək mümkün addımlar müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında keçirilən görüş barədə bəyanatında bildirilir.

"Xüsusi nümayəndələr bu proses vasitəsilə iki ölkə arasında tam normallaşmaya nail olmaq kimi daha əvvəl elan edilmiş hədəfi təsdiqləyiblər. Bu kontekstdə konkret fikirlər ətrafında səmimi və konstruktiv fikir mübadiləsi aparılıb, bu istiqamətdə konkret irəliləyiş üçün atıla biləcək mümkün addımlar müzakirə olunub", - deyə vurğulanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər