Rumıniyanın paytaxtında yüzlərlə insan hökumətdən maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə şəhər ictimai nəqliyyat işçilərinin etiraz aksiyasına qatılıb.
Teleqraf.com xəbər verir ki, nümayişçilər “İxtisara yox!” və “Biz normal yaşamaq istəyirik!” yazılmış plakatları əllərində saxlayıblar. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər. Tədbirin keçirilməsində məqsəd Buxarestdə avtobus, trolleybus və tramvay sürücülərinin kütləvi şəkildə ixtisar edilməsinə ictimaiyyətin diqqətini cəlb etmək olub. Polis nümayişə müdaxilə etməyib.