9 May 2022 18:45
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi böhran Şri-Lankada hökumət tərəfdarları ilə əleyhdarlar arasında şiddətli toqquşmalara səbəb olub.

Teleqraf.com xəbər verir ki, iqtisadi böhran səbəbiylə qəzəbin küçələrə sıçradığı Şri-Lankada Baş nazir Mahinda Rajapaksa istefa verib.

Hökumət rəsmisi bildirib ki, Rajapaksa istefa məktubunu həm də qardaşı olan prezident Qotabaya Rajapaksa təqdim edib.

Son illərin ən böyük iqtisadi böhranını yaşayan və borc bataqlığı üzündən iflasa uğrayan Şri-Lankada paytaxt Kolomboda hökumətin istefasını tələb edən etirazçılarla hökumət tərəfdarları arasında şiddətli toqquşmalar baş verib. Polis hər iki tərəfdən yüzlərlə nümayişçiyə gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib.

Yerli media yüzlərlə hökumət tərəfdarının bu səhər prezident binası qarşısında toplaşan hökumət əleyhinə etirazçılara hücum etdiyini bildirib. Hadisələr zamanı azı 9 nəfərin yaralandığı və xəstəxanada müalicə olunduğu açıqlanıb.

Etirazların güclənməsi ilə ölkə daxilində komendant saatı elan edilib.

Pandemiya və artan borc böhranı səbəbindən Şri-Lankada gərginlik sürətlə artır. Hökumət maliyyə dəstəyi üçün Beynəlxalq Valyuta Fondundan yardım istəyib və nümayişlərə görə beş həftə ərzində ikinci dəfə fövqəladə vəziyyət elan edib.


Müəllif: Nemət

Oxşar xəbərlər