Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun Voevodkaya hücumunun qarşısını alıb.
Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumatına görə, rus qoşunlarının Voevodovka kəndinə hücum etmək cəhdi uğursuz olub və əvvəllər işğal etdikləri mövqelərinə geri çəkiliblər.
Hazırda Severodonetsk istiqamətində Rubijne uğrunda döyüş gedir.
Rus ordusu Severodonetsk yaşayış məntəqələri istiqamətində hücum əməliyyatlarını intensivləşdirmək üçün əlverişli şərait yaratmağa çalışır.