12 May 2022 22:26
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Kremençuq neft emalı zavodunu atəşə tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə Poltava vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Lunin bildirib.

“Kremençuq neft emalı zavoduna yenə hücum edildi. Həmçinin Poltava vilayətində partlayış səsləri eşidilib. Təfərrüatlar sonra açıqlanacaq. Biz sığınacaqları tərk etmirik” deyə, Lunin qeyd edib.

Daha sonra Lunin əlavə edib ki, mayın 8-dən 12-ə qədər Rusiya Kremençuqun neft emalı zavodlarına və digər infrastruktur obyektlərinə raket zərbələri endirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər