Rusiya Ukraynanın İlan adasında “S-300” hava hücumundan müdafiə və qanadlı raketlər yerləşdirsə, ölkəmizin cənub-qərb hissəsinə nəzarət edə biləcək.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Söhbət Odessa regionunun əksər hissəsi, Qara dəniz və Ukrayna limanlarına potensial düşmən nəzarətindən gedir. Eyni zamanda, bununla itirilmiş “Moskva” kreyserinin yerini də doldura biləcəklər”, - Jdanov bildirib.
Onun sözlərinə görə, adanın sahibi kimdirsə, bu ərazinin açarı da ondadır.
Ukrayna Müdafiə Nazirliyi isə bildirib ki, rus işğalçıları Ukraynanın dəniz kommunikasiyalarına mane olmaq üçün İlan adasında hərbi mövcudluğunu artırmağa çalışırlar.