13 May 2022 22:13
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə seçkiqabağı dövrə girdiyi vaxtda Yunanıstanın SKAI telekanalı Prezident Rəcəb Tayyib Ərdoğanın müxalifət qarşısındakı üstünlüyünə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, telekanalın İstanbul müxbiri Manolis Kostidis Prezident Ərdoğanın rəqibi CHP sədri Kamal Kılıçdaroğlu üzərində böyük üstünlüyünün olduğunu deyib.

Yunan jurnalist HDP-nin seçicilərinin səslərinin əlavə ediləcəyi təqdirdə belə, müxalifətin seçkilərdə qalib gələ bilməyəcəyini iddia edib:

“Müxalifət üçün işlər yaxşı getmir.

Qarşıdan gələn seçkilər bəzilərinin təsəvvür etdiyi kimi, Türkiyə prezidenti üçün çətin olmayacaq. Həlledici səs kürd seçicilər və qərarsızlardır. Qarşıda bir il olsa da, kürdlərin bir qismi dəstək verə bilər, amma bəziləri Ərdoğanı o qədər də tez silmirlər”.

Kostidis Türkiyədə keçirilən sorğuları da dəyərləndirib:

“Prezident Rəcəb Tayyib Ərdoğanın rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu üzərində böyük üstünlüyə malik olduğu görünür”.

Yunan jurnalist bildirib ki, seçki atmosferinə girən Türkiyədə Ərdoğan indidən seçkilərdə öndədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər