Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti ilə bağlı mayın 16-da Moskvaya səfəri zamanı Rusiya lideri Vladimir Putinlə danışıqlar aparacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Aleksandr Lukaşenkonun rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli formatda danışıqlar aparması planlaşdırılır”, - məlumatda deyilir.
İki ölkə liderləri arasında söhbətin əsas mövzularından biri əməkdaşlığın inkişafı olacaq.