16 May 2022 08:25
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somali parlamenti Həsən Şeyx Mahmudu ölkənin yeni prezidenti seçib.

Teleqraf.com xəbər verir ki, Həsən Şeyx Mahmud - Somalinin keçmiş prezidentidir (2012-2017). O, 2011-ci ildə “İslam demokratiyası” mövqeyini tutan Sülh və İnkişaf Partiyasını yaradıb və ona rəhbərlik edib. O, ilk dəfə 2012-ci il sentyabrın 10-da parlamentin iclasında prezident seçilib. Həsən Şeyx Mahmudun hakimiyyəti dövründə əvvəllər radikalların işğal etdiyi ərazilərin əksəriyyəti Somali hökumətinin nəzarətinə qaytarılıb, federal ştatların muxtar administrasiyaları yaradılıb, BVF ilə əlaqələr qurulub. Ölkədə Qərb ölkələrinin, eləcə də Çin və Türkiyənin səfirlikləri yenidən fəaliyyətə başlayıb. Eyni zamanda onun hökuməti bir sıra böyük korrupsiya qalmaqalları ilə yadda qalıb.

Somalinin yeni prezidentini 37 namizəd arasından parlamentin aşağı və yuxarı palatalarının 329 deputatı seçib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər