16 May 2022 18:58
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diqqəti yayındırmaq üçün Moldovanın işğal edilmiş Dnestryanı bölgəsində və Belarusda hərbi təlimlər keçirilir. Amma işğalçı qüvvələrin bu ərazilərdən Ukraynaya hücum ehtimalı azdır.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, polkovnik Sergey Qrabski deyib.

Ekspertin fikrincə, Rusiya Xarkov, İzyum və Donetsk bölgələrində Ukrayna ordusunun diqqətini yayındırmağa çalışır, çünki bu istiqamətdə aktiv əks-hücum əməliyyatları keçirilir.

“Dnestryanıdan hücum ehtimalı tamamilə əhəmiyyətsizdir. Eyni əhəmiyyətsiz ehtimal Belarusdan hücumla bağlıdır. Əvəzində Dnestryanı və Belarusda hərbi təlimlər keçirilir. Bunu Ukraynaya təzyiqi artırmaq və diqqəti yayındırmaq üçün edirlər”, - Qrabski bildirib.

O, həmçinin əlavə edib ki, Belarusun hücuma keçmək ehtimalı da yoxdur:

“Belarusun zərbə qrupu yarada biləcəyinin əlaməti yoxdur. Onların məqsədi qorxutmaq və Ukraynanın hərəkətlərinə nəzarət etməkdir. Onlara konkret bildirilib ki, heç bir halda onların baş verənlərlə əlaqələri yoxdur. Bunlar sırf düşmən ərazisində və ya düşmənin arxa cəbhəsində fəaliyyət göstərən qondarma təxribatçı bölmələrdir. Onların hətta zirehli transportyorları belə yoxdur. Belarusun maksimum 1.5-2 minlik gücü var”.

Başqa bir ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Oleq Jdanov isə iddia edir ki, Rusiya Prezidenti Putin belaruslu həmkarı Aleksandr Lukaşenkonu Lutsk-Lvov istiqamətində zərbə endirməyə məcbur edir.

Bundan əvvəl Belarus Silahlı Qüvvələrinin baş qərargah rəisi Viktor Quleviç Ukrayna ilə sərhədə xüsusi əməliyyat qüvvələrinin bir bölməsinin yerləşdirildiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər