17 May 2022 23:21
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mariupoldakı “Azovstal” zavodunda təxliyə edilmiş “Azov” silahlıları qeyd-şərtsiz təslim olublar.

Teleqraf.com xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski Tvitter hesabında məlumat verib.

Rusiyalı diplomat “The New York Times” qəzetində dərc edilmiş yazıda qeyd edilmiş “Ukrayna Mariupoldakı döyüş missiyasını başa vurdu” və “Azovstal”da hərbçilər döyüşlər sona çatdığı üçün təxliyə edildilər” iddialarını gülünc adlandırıb. "Mən ingilis dilində sadə bir mesajı çatdırmağın bu qədər çox yol olduğunu bilmirdim: 'Nasistlər' "Azov döyüşçüləri" qeyd-şərtsiz təslim oldular".

Çərşənbə axşamı Rusiya Federasiyasının Müdafiə Nazirliyi Azov bölməsinin yaraqlılarının və Azovstal zavodunda blokadaya alınmış digər ukraynalı hərbçilərin gün ərzində silahlarını yerə qoyduqlarını və 51-i ağır olmaqla, 265 silahlının təslim olduğunu elan etdi.


Müəllif: Teleqraf.com