Ukrayna Prezidenti Vladimir Zelenski 75-ci Kann Film Festivalının açılışında onlayn formatda çıxış edib.
Teleqraf.com xəbər verir ki, Zelenski çıxışında Rusiya Prezidenti Vladimir Putini “diktator” adlandırıb.
Zelenski çıxışında İkinci Dünya Müharibəsi və Çarli Çaplinin 1940-cı ildə çəkdiyi “Diktator” filmindən danışıb:
“Çarli Çaplinin “Diktator”u o zaman əsl “diktatoru” öldürmədi, amma bu film sayəsində kino sükutdan çıxdı. Sözün əsl mənasında səssizliyinə son qoydu. Kino danışırdı və bu, qarşıdan gələn qələbənin səsi idi”.
Rusiyanın fevralın 24-də Ukraynaya müharibə elan etdiyini xatırladan Zelenski Rusiya ordusunun girdiyi ərazilərdə 229-u uşaq olmaqla çoxlu sayda insanı öldürdüyünü bildirib.
Zelenski deyib ki, mübarizəni davam etdirəcəklər, başqa seçimləri yoxdur.
“Əminəm ki, diktator” uduzacaq. Kinonun susmadığını sübut etmək üçün yeni Çaplinə ehtiyacımız var”.