Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Şuşada Cıdır düzündə olub.
Teleqraf.com xəbər verir ki, o, Tvitterdə Cıdır düzündən foto paylaşaraq “Şuşanın azad edilməsi ilə nəticələnən münaqişələrin baş verdiyi Cıdır düzündə olduq”, sözlərini əlavə edib.
Mustafa Şentop şəhidlərimizə Allahdan rəhmət diləyib: "Azərbaycan türklərinin bayrağını Qarabağda asmaq, zülm və işğala son qoymaq üçün şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm".