19 May 2022 12:27
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya hərbi hücuma görə ağır sanksiyalara məruz qalan Rusiyanın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) kimi bir sıra beynəlxalq qurumları tərk etməyi planlaşdırdığı bildirilir.

Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi “zərərli” hesab edilən beynəlxalq qurumların siyahısını parlamentə göndərib və münasibətlərin kəsilməsini tövsiyə edib.

Parlament sədrinin müavini Pyotr Tolstoy bildirib ki, Rusiyaya xeyirdən çox zərər gətirən müqavilələr nəzərdən keçiriləcək.

Bir çox qərb dövlətləri Ukraynaya hücumdan sonra Rusiyaya qarşı sanksiyalar tətbiq etdi və bir çox şirkət Rusiyadakı fəaliyyətinə son qoydu. ÜST-ə üzv ölkələr ötən həftə keçirilən səsvermədə Rusiyanın Ukraynadakı səhiyyə müəssisələrinə hücumlarını pisləyib.

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl ÜTT-dəki digər ölkələrin Rusiyaya gömrük rüsumlarının artırılması təklifini qanunsuz adlandırıb və Rusiyanın ÜTT-lə bağlı strategiyasına yenidən baxacağını bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər