Kanada Çin telekommunikasiya şirkətləri "Huawei" və "ZTE"-nin məhsul və xidmətlərinin ölkədə istifadəsini qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin İnnovasiya, Elm və Sənaye naziri Fransua-Filip Şampan bildirib.
"Dövlətimiz telekommunikasiya infrastrukturumuzun uzunmüddətli təhlükəsizliyini təmin edir. Bu planın bir hissəsi olaraq hökumət Huawei və ZTE məhsul və xidmətlərinin ölkənin telekommunikasiya sistemlərinə daxil edilməsini qadağan edir", - nazirin bəyanatdına vurğulanır.