Nigeriyanın şimal-şərqində törədilmiş güclü partlayış nəticəsində beşi hərbçi olmaqla azı 35 nəfər ölüb.
Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, insident Adamava ştatının Mararaba Muri rayonunda baş verib. Şahidlərin yerli Punch nəşrinə bildirdiyinə görə, hərbçilər yerli ovçularla birlikdə ərazidə patrul keşiyi çəkərkən yolun kənarında quraşdırılmış partladıcı qurğu işə salınıb.
Hadisənin təfərrüatları açıqlanmır. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.