25 May 2022 01:13
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski Krımın qaytarılması məsələsini müzakirə etmək üçün iclas çağırıb.

Teleqraf.com xəbər verir ki, o, Krım və Sevastopolda insanların əhval-ruhiyyəsinin öyrənilməsinin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, Kiyev başa düşür ki, Krımın qaytarılmasında əsas dəstək yarımadadakı Ukraynanın aktiv və biganə olmayan vətəndaşları olacaq.

“Biz onlara dəstək olmalıyıq”, - deyə o, yekunlaşdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər