Venesuelanın Devid Viloria həbsxanasında başlanan üsyan nəticəsində 21 məhbus həyatını itirib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, üsyançılar yaşayış şəraitinin yaxşılaşdırılmasını və həbsxana rəisinin istefasını tələb edirlər. Aclıq aksiyası ilə başlanan etirazlar gərginləşərək üsyana çevrilib.
Rəsmilərin verdiyi məlumata görə, məhbuslar dərman içərək zəhərlənib və nəticədə 145 nəfər xəstəxanalara yerləşdirilib. Həmçinin ölü sayının artacağı istisna edilmir.
Samir