28 May 2022 18:17
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva administrasiyası ilə razılaşmaya etibar etmək olmaz. Rusiyanın Ukraynaya müdaxiləsi ancaq güc yolu ilə dayandırıla bilər".

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Ukrayna rəsmisi qeyd edib ki, Rusiya ilə hər hansı razılaşmanın heç bir dəyəri yoxdur: “Daim kin və təbliğat xarakterli yalan danışan bir ölkə ilə danışıqlar aparmaq olarmı? Rusiya dünyanın təhlükəsizliyini təhdid edən barbar ölkə olduğunu sübut edib. Barbarın qarşısını ancaq güclə almaq olar".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər