ABŞ-ın Oklahoma ştatında açıq havada keçirilən festival zamanı açılan atəş nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə yerli vaxtla bazar günü səhər saatlarında Taft şəhəriciyinin "Qədim şəhər" meydanında baş verib.
Ştatın təhqiqatlar bürosunun məlumata görə, yaralılar arasında iki azyaşlı var. Ölən kimliyi və yaralıların vəziyyəti barədə məlumat verilmir.
Hadisəni törətməkdə şübhəsi ilə hələlik saxlanılan yoxdur.