Çin Xalq Azadlıq Ordusuna məxsus 30 döyüş təyyarəsi Tayvanın hava məkanına müdaxilə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada 6 ədəd “J-16”, 8 ədəd “J-11”, 4 ədəd “J-10”, 2 ədəd “Su-30” və 2 ədəd “Su-35” döyüş təyyarəsi və 2 ədəd “KJ-500” xəbərdarlıq və müşahidə təyyarəsi, 4 ədəd “Y-8 Elint” elektron kəşfiyyat təyyarəsi, 1 ədəd “Y-8 EW” dəniz nəqliyyatı təyyarəsi və 1 ədəd “Y-8 ASW” dəniz patrul təyyarəsi ilə Tayvana müdaxilə edildiyi deyilib.
Çin təyyarələrinə rabitə vasitələri ilə xəbərdarlıq edildiyi, ardınca isə hərbi patrul təyyarələri və hava hücumundan müdafiə raket sistemlərinin aktivləşdirildiyi bildirilib.
Bunun ilin əvvəlindən bəri çox sayda təyyarə ilə Tayvanın hava məkanının ən böyük pozulması halı olduğu qeyd edilib.