29 Noyabr 2014 13:03
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin keçmiş prezidenti Hüsnü Mübarək barəsində başlanan məhkəmə prosesinin bu gün başa çatacağı gözlənilir.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, 2011-ci ilin yanvar ayında keçirilən nümayişdə etirazçıların öldürülməsində şübhəli bilinən Mübarəkin məhkəmə prosesi sentyabrda başa çatmalı olduğu halda, bütün sənədlərin prosesdə dinlənilməməsi səbəbi ilə təxirə salınıb.

“Əsrin prosesi” adını almış məhkəmə iclasında Mübarəkin işi üzrə müzakirə olunan sənəd 160 min səhifədən ibarətdir. Ölkə qanunlarına görə, hökm bütün prosessual məqamları başa çatanadək elan edilə bilməz.

Qeyd edək ki, 2012-ci ilin iyununda məhkəmənin çıxardığı ölüm hökmü ilə bağlı qərara etiraz olaraq 2013-cü ilin aörelində Mübarək apellyasiya şikayəti verib və eks prezidentin şikayəti təmin olunub.

Samir


Müəllif:

Oxşar xəbərlər