28 İyun 2022 13:25
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Belarus ərazisindən həm işğal, həm də Ukrayna qoşunlarına hücum üçün istifadə edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibinin müavini general Sergey Krivonos deyib.

Onun sözlərinə görə, Rusiya hazırda Prezident Aleksandr Lukaşenkoya aktiv şəkildə təzyiq edir, o cümlədən Belarus ordusundakı əhval-ruhiyyəni ciddi şəkildə nəzarətdə saxlayır.

Generalın iddiasına görə, Lukaşenkonun qoşunları təkbaşına iki istiqamətdə hücuma keçə bilər:

“Qənaətimə görə, Belarus ordusu Volın və Rivne istiqamətlərində birbaşa, yəni müstəqil şəkildə bunu edə bilər. Amma məsələ budur ki, Belarus silahlı qüvvələrinin böyük əksəriyyəti bu təcavüzdə iştirak etməkdən çəkinir”.

Krivonosun sözlərinə görə, Ukraynaya müdaxilə əmri veriləcəyi təqdirdə bir çox belaruslu hərbçi təslim olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu