1 Dekabr 2014 16:00
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boliviya parlamentinin qanunverici məclisi qondarma erməni soyqırımını inkar siyasətini pisləyən qətnamə qəbul edib.

Teleqraf.com izvestiya.az-a istinadən xəbər verir ki, bununla bağlı Ermənistan KİV-əri məlumat yayıb. Senatın hazırkı sədri Conia Qardia Melqar bildirib ki, qətnamə Xarici İşlər Nazirliyinin, Senatın və deputatlar palatasının razılığı ilə qəbul edilib: “Biz ermənilərə və kürdlərə dostluğumuzu, həmrək olduğumuzu və tam dəstəyimizi ifadə edirik. Çünki Boliviya konstitusiyasında da insan hüquqlarının pozulmasına və soyqırımına qarşı müvafiq maddələr mövcuddur”.

Qətnamənin tam mətni deyilir: "Boliviya qanunverici məclisi ədalətin bərqərar olması və insan hüquqlarının müdafiəsi uğrunda erməni xalqının mübarizəsini dəstəkləyir".

Samir


Müəllif:

Oxşar xəbərlər