29 İyun 2022 10:35
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları hücumu davam etdirir və Lisıçanskı mühasirəyə almağa çalışırlar.

Teleqraf.com xəbər verir ki. bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

Onun sözlərinə görə, Lisıçanskdakı vəziyyət indi Severodonetskdə bir aydan bir qədər əvvəlki durumu xatırladır.

Qayday bildirib ki, Rusiya ordusu Vovçoyarivka-Verxnokamyanka istiqamətində hücumu davam etdirir, Lisıçanski mühasirəyə almağa çalışır.

Zolotarivka, Vovchoyarivka və Lisıçansk atəşə tutulub.

Rusiya qüvvələri Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə nəzarəti ələ keçirmək üçün bir çox istiqamətə, o cümlədən, Verxnokamyanka yaxınlığındakı Spirniyə hücum edib, amma itki verərək geri çəkilməyə məcbur olub.


Müəllif: Mənsur Rəğbətoğlu