30 İyun 2022 17:23
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynadakı müharibənin ilin sonuna qədər bitməsi ehtimalını görmür.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi deyib.

“İstərdik ki, müharibə bu gün bitsin. Əgər Putin düzgün addım atsa, müharibə bu gün bitə bilər. Amma Putin danışıqlar aparmaq niyyəti nümayiş etdirmir. Ukraynaya hücumu davam etdirmək və hərbi məqsədlərə nail olmaq niyyətində olduğunu göstərir”, - Kirbi bildirib.

O vurğulayıb ki, Vaşinqton Ukraynaya müdafiəsini gücləndirmək üçün köməyə davam edəcək.

G7 sammitində çıxışı zamanı Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəni ilin sonuna qədər bitirmək istədiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu