2 İyul 2022 22:32
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Verona şəhərində içməli suyun istifadəsinə məhdudiyyətlər qoyulub.

Teleqraf.com xəbər verir ki, şəhərin meri Damiano Tommasi məhdudiyyətlərə səbəb kimi hökm sürən quraqlığı göstərib.

Belə ki, bostanlar, meyvə bağlarının və idman meydançalarının suvarılması, avtomobillərin yuyulması və hovuzların doldurulması üçün avqustun 31-dək içməli sudan istifadə qadağan ediləcək.

Qanunu pozanlar təxminən 500 avro cərimə olunacaq.


Müəllif: Teleqraf.com