5 İyul 2022 18:26
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin narahatlığını aradan qaldırmaq üçün anlaşma memorandumu imzaladıq. Biz o müqaviləyə əməl edəcəyik və ortaq mexanizmimiz olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Ann Linde deyib.

Nazir qeyd edib ki, Türkiyə, Finlandiya və İsveç arasında imzalanan anlaşmaya əməl edəcəklər.

O, Türkiyə, Finlandiya və İsveç arasında danışıqların təhlükəsizlik baxımından çox vacib və ciddi olduğunu bildirib: “Türkiyənin təhlükəsizlik və terrorla bağlı narahatlıqlığını aradan qaldırmaq üçün Finlandiya, İsveç və Türkiyə arasında anlaşma memorandumu imzaladıq. Biz o müqaviləyə əməl edəcəyik, ümumi mexanizmimiz olacaq. Ona görə də ümid edirəm ki, İsveç, Finlandiya və Türkiyə bunun yaxşı bir razılaşma olduğunu görəcək”.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto isə bildirib ki, Türkiyə ilə çox yaxşı və uzunmüddətli əlaqələr var: “Türkiyə Avropa Birliyinə üzvlük üçün müraciət edəndə bu prosesi müdafiə edən ölkələrdən biri də biz idik. Türkiyə ilə sülh və vasitəçilik məsələlərində çox sıx əməkdaşlığımız, Prezident Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə müntəzəm təmaslarımız var. Memorandumda biz əslində terrorizmdən tutmuş PKK-ya qədər Türkiyənin ifadə etdiyi bütün narahatlığa toxunduq. Atılacaq addımlar müqavilədə göstərilib. Biz bu əməkdaşlığa əsaslanaraq irəli gedə bilərik”.


Müəllif: Nemət