6 İyul 2022 10:28
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç xarici işlər naziri Ann Linda Almedalen Siyasət Forumunda PKK terror təşkilatının qondarma bayrağını açıb təbliğat aparan Sol Partiyaya reaksiya verib.

Teleqraf.com xəbər verir ki, nazir bu barədə Tvitterdə yazıb.

Ədliyyə və daxili işlər naziri Morqan Yohanssonu da paylaşımında işarələyən Linda qeyd edib:

“Bu, qətiyyən qəbuledilməzdir. PKK 1984-cü ildə Olof Palme hökuməti tərəfindən terror təşkilatı elan edilmiş və bir çox günahsız insanı öldürərək vicdanları yaralayan təşkilatdır. Sol partiya PKK aksiyasını dərhal dayandırmalıdır”.

Morqan Yohansson da Tvitterdə eyni açıqlamanı verərək, Sol Partiyaya xəbərdarlıq edib.

İsveçin Qotland adasında keçirilən Almedalen Siyasət Forumunda Sol Partiyadan olan deputatlar Daniel Riazat, Momodu Malkolm Yallo və Lorena Delqado Varas PKK-nın “bayrağını” açıblar. Onlar çıxışlarında PKK-nın terror təşkilatı olmadığını iddia ediblər.

Bundan əvvəl İsveç Türkiyə ilə imzaladığı anlaşmayla PKK və onun törəmələrinə dəstək verməyəcəyinə dair üzərinə öhdəlik götürüb.


Müəllif: Mənsur Rəğbətoğlu