6 İyul 2022 21:18
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden planeti yeni dünya müharibəsinə cəlb edir.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı deputat Olqa Kovitidi deyib.

Onun sözlərinə görə, Amerika lideri dünyanı enerji və maliyyə böhranına sürükləyir:

“Amerika demokratları deyirlər ki, Baydenin adı hər şeydə demokratlarla əlaqələndirilməməlidir. Amma bütün bu qlobal mənfi gedişat yalnız bir şəxsə, ABŞ-ın şən 46-cı prezidenti Co Baydenə görədir.

ABŞ-ı bürümüş zorakılıq dalğası ölkəni asanlıqla cənginə alan böhranın nəticəsidir. Əksər amerikalı Baydenin kursunu uğursuz hesab edir. Kəskin - 180 dərəcəlik dönüş Amerikanın 46-cı prezidentinə yalnız özünü və oğlunun maddi vəziyyətini yaxşılaşdırmağa imkan verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu