2 Dekabr 2014 10:14
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippinin Rosario şəhərinin yaxınlığında terrorçular sərnişin avtobusuna hücum edib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, 20-ə yaxın döyüşçünün avtobusu atəşə tutması nəticəsində 8-i uşaq olmaqla 15 nəfərin yaralandığı və 4 dinc sakinin də öldürüldüyü bildirilir. Rəsmilər yaydığı bəyanatda hökumət qoşunlarının əməliyyatlara başladığını qeyd edirlər.

Qeyd edək ki, yerli mənbələrdə son vaxtlar Filippində terrorçuların hücumları zamanı ən azı 40 min nəfərin öldüyü açıqlanıb.

Samir


Müəllif: