7 İyul 2022 17:09
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

“O bizi sevmir, biz də onu sevmirik”.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Boris Consonun istefasına münasibət bildirən Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov bu istefanın Kremlin üçün narahatedici olmadığını söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Consonun istefasının Qərbin tənəzzülünün əlaməti olduğunu bildirib.

“Bu hekayənin əsas fikri budur: Rusiyanı məhv etməyə çalışmayın”, - Zaxarova qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu